2 iyun 2016 18:00
Aqil Məmmədov: Neftçi ilə razılığa gəlmişik
"Neftçi"nin qapıçısı Aqil Məmmədov bəyan edib ki, növbəti mövsümü də paytaxt klubunda keçirəcək. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün sonunda mənim də müqaviləmin müddəti başa çatıb. Hələ yeni müqavilə imzalamamışıq. Amma yeni anlaşma ilə bağlı razılığa gəlmişik.
Kamran Ağayevin "Neftçi"yə keçəcəyi barədə xəbərlərə gəlincə, hazırda istirahətdəyəm və belə söhbətlərə fikir vermirəm. Bu, məni narahat etmir".
