2 iyun 2016 17:40
Zaur Tağızadə ağır zədə aldı
"Qarabağ"ın məşqçisi Zaur Tağızadə təxminən bir ay öncə ağır zədə alıb. Azerisport.az xəbər verir ki, o, məşqçilər korpusunun ikitərəfli oyunu zamanı dabanını zədələyib.
Vəziyyəti ağır olduğundan, yığmamızın sabiq yarımmüdafiəçisi Türkiyədə əməliyyat olunmaq məcburiyyətində qalıb. Ondan sonra Zaura dörd ay məşqlərə çıxmamaq tapşırığı verilib.
Qeyd edək ki, "Qarabağ"ın Azərbaycan çempionatının və kubokunun qalibi kimi mükafatlandırıldığı mərasimlərə Tağızadənin qatılmamasının əsas səbəbi də məhz bu zədəsi ilə bağlıdır.
