2 iyun 2016 17:20
Təmsilçimiz Fransa ilə heç-heçə etdi
Fransanın Lans və Lill şəhərlərində təşkil olunmuş Avropa məktəbli turnirində iştirak edən “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2014-2015-ci il mövsümün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbin komandası növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Fransa komandası ilə keçirilmiş qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.
