2 iyun 2016 17:00

Rahid Əmirquliyev: Xəzər Lənkəranın yoxluğu Azərbaycan futbolu üçün böyük itkidir

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmurqliyev uzun müddət kapitanı olduğu "Xəzər Lənkəran"ın böyük futboldan getməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Xəzər Lənkəran" barədə yazılanları oxumaq mənə çox ağırdır. Bu komandasız Premyer Liqaya maraq azalacaq. Azarkeşsiz futbol kimə lazımdır ki? Lənkəranda isə böyük azarkeş ordusu var idi. Əvvəllər Lənkəran stadionunda elə atmosfer olurdu ki, elə bilirdin çempionat yox, avrokubok oyunundasan. Son dövrlər bu şəhərdə azarkeş marağı sadəcə, komandanın uğursuz çıxışına görə azalmışdı. Hələ də niyə belə olduğunu anlaya bilmirəm. Əslində, "Xəzər Lənkəran"da maliyyə problemləri hələ mən orda olarkən, iki il əvvəl yaranmağa başlamışdı".

"Xəzər Lənkəran"ın yoxluğu Azərbaycan futbolu üçün böyük itkidir. Əskinə, "Xəzər Lənkəran" kimi komandaların sayını artırmaq lazım idi. Əvəzində, biz belə bir klubu itirdik. Özü də təkcə klubu yox, həm də çoxlu azarkeşi itirdik. Halbuki, lənkəranlı azarkeşlər buna layiq deyildilər. Təəssüf ki, Azərbaycan futbolu yenə belə klubları itirməyə davam edir".

"Mənə elə gəlir ki, məhz regionlarda belə komandalar yaratmaq lazımdır. Çünki futbol məhz regionlarda inkişaf edir. Bakıdakı oyunlara nə qədər azarkeş gəldiyini özümüz də görürük. Kimə lazımdı axı boş tribuna qarşısındakı oyunlar?"

Zədədən əziyyət çəkən Əmirquliyev meydana qayıtması ehtimalından da söz açıb: "İndi özümü daha yaxşı hiss edirəm. Bir müddət Almaniyada həkim nəzarətində oldum. Həkimlər mənə xüsusi bərpa proqramı veriblər. Ona uyğun çalışıram. "Qarabağ"ın toplanışına qədər tam hazır olacağam. Bu, Çempionlar Liqasına daha yaxşı hazırlaşmağıma kömək edəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.