2 iyun 2016 15:40
Bəxtiyar Musayev: Ümid edirəm ki, Reynaldo bu qəzada günahkar deyil
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Bəxtiyar Musayev "Qarabağ"ın forvardı Reynaldonun vətəni Braziliyada avtomobillə qəza törətməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Braziliyada bir neçə dəfə olmuşam. Orada motosikletlərlə belə qəzalar tez-tez olur. Çoxlu insan ölür. Bir dəfə Kuritiba şəhərində motosikleti gözümün qarşısında vurdular. Ağır vəziyyət idi. Daha çox da motosiklet sürənlər qaydaları pozurlar. Amma Braziliyada qanun işləyir. Ümid edirəm ki, Reynaldo bu qəzada günahkar deyil. O, "Qarabağ" üçün vacib oyunçudur. Eyni zamanda bizim gənc futbolçularımız üçün də yaxşı nümunədir".
