2 iyun 2016 13:40
MY futbol məktəbində Skills challenge
Bakıdakı MY futbol məktəbində "Skills challenge" təşkil olunub. Azerisport.az xəbər verir ki, əyləncə xarakterli daxili yarış 4 kateqoriyadan ibarət olub: uzun ötürmə, qısa ötürmə, driblinq və topla davranış.
Məktəbin 45 futbolçusu yarışda iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Hər kateqoriyada yüksək nəticə göstərərək ən yüksək balı toplayan 3 nəfər “Skills challenge”in qalibi olub:
1-ci yer: Əli Abbasov
2-ci yer: Mircamal Əlizadə
3-cü yer: Bəxtiyar Quliyev
1-ci yeri tutmuş Əli Abbasova “Mançester Yunayted” komandasının oyunçusu Ueyn Runinin imzalı forması, 2-ci və 3-cü yeri tutan futbolçulara isə Bakcell şirkətinin hədiyyələri təqdim olunub. (AFFA)
