2 iyun 2016 12:30
Azərbaycan yığması FİFA reytinqində 5 pillə gerilədi
FİFA yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni siyahıda ötən ayla müqayisədə beş pillə geriləyib.
Komandamız hazırda 138-ci pillədə qərarlaşıb. Yığmamızın hesabında 252 reytinq xalı var.
DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizin mövqeyi belədir: Almaniya (4, 1310), Şimali İrlandiya (25, 851), Çexiya (30, 815), Norveç (51, 593) və San Marino (200, 20).
İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1503), Belçika (1384), Kolumbiya (1328), Almaniya (1310), Çili (1293), İspaniya (1267), Braziliya (1257), Portuqaliya (1181), Uruqvay (1150), Avstriya (1077).
