2 iyun 2016 12:15
Zirənin forvardı Salvadoru Ermənistana məğlubiyyətdən xilas edə bilmədi
Salvador yığması növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, "Zirə"nin forvardı Nelson Bonilyanın da formasını geyindiyi bu komanda Ermənistanla üz-üzə gəlib.
Qarşılaşma salvadorluların 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. İlk dəqiqələrdən meydanda olan və sonadək mübarizə aparan Bonilya komandasına heç nə ilə kömək edə bilməyib.
