2 iyun 2016 11:00
Reynaldo avtomobil qəzasına düşdü
"Qarabağ"ın hücumçusu Reynaldo avtomobil qəzasına uğrayıb. Azerisport.az xəbər verir ki, hazırda vətəni Braziliyada olan futbolçu idarə etdiyi avtomobillə motosikleti vurub.
Nəticədə zərərçəkən başından zərbə alıb, ayağı sınıb. Amma onun həyati təhlükəsinin olmadığı bildirilir.
Həmçinin, qeyd olunur ki, qəzanın necə baş verdiyi bəlli deyil. Amma Reynaldonun içkili olmadığı müəyyənləşib. O, həmçinin zərərçəkənin dərhal xəstəxanaya çatıdırlmasına da kömək edib. (Braziliya mətbuatı)



