2 iyun 2016 00:45
Mirhüseyn Seyidov: İnterin bu qədər yerli oyunçu alması mənə xoşdur
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov komandasının yeni transferlərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağabala Ramazanov, Slavik Alxasov, Məmməd Quliyev gənc yerli uşaqlardı. Onlar komandada rəqabəti daha da gücləndirəcək. "İnter"in çoxlu yerli futbolçu alması mənim üçün xoşdur. Tərlan Quliyevin transferi də yaxşı oldu. Limitlə bağlı heç bir problemimiz olmayacaq".
