2 iyun 2016 00:30

Spartakın üzvü: Qarabağ, Neftçi və İnteri ən güclü klub kimi tanıyıram

Rusiyanın U-16 yığmasının və Moskva "Spartak"ının Azərbaycan əsilli müdafiəçisi Turqay Möhbalıyevin azerisport.az saytına müsahibəsi

- Öncə özün barədə məlumat verərdin...
- Naxçıvan Muxtar Respublikasının Sirab kəndində anadan olmuşam. Valideynlərim də oralıdır.

- Futbola hansı klubda başlamısan?
- Volqoqrad "Traktor"unda. Daha sonra bu şəhərin "Zenit" komandasına keçdim. Daha sonra "Olimpiya"da oldum. İndi isə Moskva "Spartak"ındayam.

- Ailənizdə yeganə futbolla məşğul olan sənsən?
- Atam da futbolçu olub. Amma onun karyerası elə də uğurlu alınmayıb. Ona görə də həm atam, həm də ailəm üçün oynayıram.

- Rusiyanın yığma komandalarına çoxdan dəvət alırsan?
- Artıq bir neçə ildir.

- Məşqçilərinin sənin barəndə fikirləri necədir?
- Məşqçilər həmişə mənə meydanda daha sakit olmağı tapşırırlar. Deyirlər ki, üzərində daha da çox çalışsan, hər şey yaxşı olacaq. Üstünlüklərim barəsində özümün nəsə deməyim düz olmaz. Bunu məşqçilər desə, daha yaxşıdır.

- Kumirin var?
- Serxio Ramos. O, mənim sevimli futbolçumdur.

- Azərbaycan futbolu barəsində nə bilirsən?
- Tez-tez maraqlanıram. "Qarabağ"ı, "Neftçi"ni, "İnter"i Azərbaycanın ən güclü klubları kimi tanıyıram. Vaqif Cavadovu da yaxşı tanıyıram. O, Hollandiya "Tvente"sində də oynayıb.

- Gələcəkdə Rusiyanı yox, Azərbaycan yığmasını seçmə barəsində düşünmürsən?
- Əlbəttə, Azərbaycan yığmasına böyük hörmətim var. Amma etiraf edim ki, daha çox Rusiya yığmasında oynamağa üstünlük verirəm. Həm də indidən tələsməyək. Yaşayıb, nəyin necə olacağını görərik.

- Vaxtilə Aleksandr Səmədov, Emin Mahmudov, Ramil Şeydayev də Azərbaycan yığmasında oynamaqdan imtina ediblər. Sən də onların davamçısı olmaq istəyirsən?
- Hər şeyin öz vaxtı var. Allah eləsin ki, öncə "Spartak"ın əsas heyətinə düşüm. Ondan sonra isə yığma komanda barədə düşünmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.