1 iyun 2016 20:00
Julius Vobay: Qarabağa qarşı oynamağımızı istərdim
"Olimpiya" ilə Sloveniya çempionu olan "Neftçi" və "Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Julius Vobay klubu ilə UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanıb. Azerisport.az saytına açıqlama verən syerra-leoneli futbolçu bəyan edib ki, bu turnirdə Azərbaycan çempionu "Qarabağ"la qarşılaşmağın əleyhinə deyil:
"Uğurlu mövsüm keçirmək istəyirik. Hələ ki, ilk rəqibimizin kim olacağını bilmirik. Amma mən "Qarabağ"la oynamağımızı istərdim. Belə olan halda yenidən Azərbaycana gəlmək imkanı qazanardım. Bu komandanı yaxşı tanıyıram. Püşkatmanın nə göstərəcəyini görəcəyik".
