1 iyun 2016 18:40
Fineo: Miltinyonun rəhbərliyi altında uğurlu çıxış etmək üçün əlimizdən gələni edəcəyik
Futzal üzrə Azərbaycan yığmasının hücumçusu Fineo həmyerlisi Miltinyonun komandamızın baş məşqçisi təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Miltinyo çox güclü mütəxəssisdir və Braziliyada kifayət qədər məşhurdur. Rusiyada da onu yaxşı tanıyırlar. Onun Azərbaycan yığmasına təyin olunmasına şad oldum. Ona uyğunlaşmaq üçün vaxt lazımdır. Amma öz işini yaxşı bilən mütəxəssisdir. İnanıram ki, bir-birimizi anlamaq baxımından problem olmayacaq. Onun rəhbərliyi altında uğurlu çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Auqusto və Rafaelin getməsi isə yığmamız üçün problem olmayacaq".
