1 iyun 2016 17:00
Kasradze: Gürcüstandan təklif olsa da, Azərbaycandan dəqiq cavab gözləyirəm
"İnter"in gürcü müdafiəçisi Laşa Kasradze gələcək karyerası ilə bağlı danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə müqaviləmin müddəti başa çatıb. Yeniləməyi təklif etsələr, baxmaq olar. Hazırda Gürcüstandan da təklif almışam. Amma yekun qərarımı verməmişəm. Azərbaycandan dəqiq cavab gözləyirəm.
Son mövsüm "İnter" üçün uğurlu alındı. Qışda heyətdə çoxlu zədəli var idi. Bu üzdən meydana gənclərlə çıxırdıq. Bacardığımızı göstərdik. Fikrimcə, layiqli nəticə qazandıq. Mənə elə gəlir ki, klub rəhbərliyi də razı qaldı. Amma mövsümün mənim üçün nə dərəcədə uğurlu alındığını deyə bilmrəm. Sadəcə onu deyə bilərəm ki, baş məşqçi mənə güvənib, meydana buraxırdısa, deməli, dəqiq pis çıxış etməmişəm".
