1 iyun 2016 16:40
Beşiktaşın futbolçusu: Heç bir problem olmasa, Azərbaycanda çıxış edəcəyəm
Azərbaycanın U-17 yığmasının müdafiəçisi Hüseyn Seyliqli bəyan edib ki, karyerasını ölkəmizdə davam etdirməyə hazırlaşır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heç bir problem olmasa, karyeramı Azərbaycanda davam etdirəcəyəm. Türkiyə yığmasından da dəvət yoxdur. Hazırda istirahət edirəm. Bakıdakı Avropa çempionatından sonra heç bir klubdan təklif almamışam. Belə bir şey olsaydı, "Beşiktaş" rəhbərliyi mənə məlumat verərdi.
AÇ-nin finalına baxdım. Portuqaliya layiqli qələbə qazandı. Onlar bu çempionatda hamıdan güclü idilər".
