1 iyun 2016 16:20
Bəhmən Həsənov: Rəvan elitaya buraxılmasa belə, dağılmayacaq
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov klubun gələcək planları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məndə olan məlumata görə, "Rəvan"la bağlı hər şey yaxşı olacaq. Hazırda istirahətdəyəm və klubun yeni mövsüm üçün niyə lisenziyanı təqdim etməməsinin səbəbini bilmirəm. Amma bildiyimə görə, lisenziya almalıyıq. Klub rəhbərliyi "Rəvan"ın Premyer Liqada oynamasını istəyir. Mayın sonunda iclasımız olmuşdu. Elə həmin iclasda mənə növbəti mövsüm üçün komanda formalaşdırmaq tapşırıldı. Artıq Ukraynadan olan futbolçularla danışıq aparmışam. Bir neçə futbolçu almağı düşünürük. Klubumuzu elitaya buraxmasalar da, dağılmamalıdır. Birinci divizionda oynayacağıq".
