1 iyun 2016 14:45

Adrian Skarlatake: İnter bu heyətlə çempionluğa oynaya bilər

"İnter"in yeni transferi, "Xəzər Lənkəran"ın sabiq rumıniyalı müdafiəçisi Adrian Skarlatakenin azerisport.az saytına müsahibəsi

- Azərbaycanı tərk edəndən sonra futbolumuzu izləyirdiniz? Belədirsə, yəqin ki, "İnter"in heç də yaxşı günlərini yaşamadığını bilməlisiniz...
- Azərbaycanda dörd il futbol oynamışam. Şübhəsiz ki, gedəndən sonra da futbolunuzu izləyirdim. Hər şeyə rəğmən, yenidən Azərbaycana qayıtdığım üçün şadam.

- "İnter"ə keçidiniz barədə nə deyə bilərsiniz?
- Bu klubdan təklif aldım. İmtina etmək istəmədim və bir illik müqavilə imzaladım. "İnter" kimi ciddi bir kluba keçmək xoşdur. Ümid edirəm ki, bu əməkdaşlıqdan hər iki tərəf ancaq xeyir görəcək. Eyni zamanda komandanın növbəti mövsümdə uğurlu çıxış edəcəyinə də ümidim çoxdur.

- "İnter" üçün uğurlu nəticə nəyi hesab edirsiniz?
- Çempionatın qalibi olmağı. "İnter" bu yay yaxşı transferlər edib. Fikrimcə, bu heyətlə qızıl medallar uğrunda mübarizə apara biləcəyik.

- Amma hazırda Azərbaycanda "Qarabağ"la rəqabət apara bilən klub yoxdur...
- Razıyam ki, "Qarabağ" Azərbaycanın hazırda ən yaxşı klubudur. Amma bu, digər komandaların ancaq ikincilik barədə düşünməli olduğu anlamına gəlmir. Düzdür, Ağdam klubu ilə çempionluq uğrunda mübarizə aparmaq çətin olacaq, amma mümkünsüz də deyil. Başa çatan mövsümdə Rumıniya çempionu oldum. Növbəti mövsümdə də Azərbaycan çempionu olmaq istəyirəm.

- İstisna deyil ki, növbəti mövsüm 8 klubun iştirakı ilə keçirilsin...
- Ümid edirəm ki, belə olmayacaq. Çempionatda yenə də ən azı 10 komandanın iştirak etməsini istərdim. Bu, daha maraqlı olardı.

- Keçmiş klubunuz "Xəzər Lənkəran"ın böyük futboldan çəkildiyini bilirsiniz?
- Bəli. Bunu eşitmək mənə çox ağır oldu. Bu klub ən yaxşı azarkeşlərə malik idi. Ümid edirəm ki, bu hal müvəqqətidir və qarşıdakı mövsümlərdə komanda öz çıxışını bərpa edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.