Qriqorçukdan Ukraynada Qarabağ və Qurbanova tərif
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"ın Azərbaycan futbolundakı hegemonluğundan danışıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində bunları söyləyib:
"Qarabağ" bizim əsas rəqibimizdir. Bu komanda barədə çox şey bilirəm. Ağdam klubuna Çempionlar Liqasının qrup mərhələsində oynamağı arzulayıram. Bu komandanın baş məşqçisi Qurban Qurbanova da böyük hörmətim var. Onun "İnter"lə oyundakı mübahisəli penaltini kənara vurmaq barədə tapşırığı? Həmin vaxt buna münasibətimi açıqlamışdım. Bir daha təkrar etmək istərdim ki, Qurbanov möhtəşəm məşqçidir və fərqli insandır. Ona görə də onun həmin tapşırığı məni qətiyyən təəccübləndirməmişdi. Çox şadam ki, belə bir insanla gözəl münasibətimiz var. İstənilən vaxt zəngləşə, istənilən mövzuda söhbət edə bilərik".
