1 iyun 2016 14:00

Mahmud Qurbanov da PFL prezidentinin cavabını verdi

Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev onunla Emin Quliyev barəsində səsləndirdiyi ittihama münasibət bildirib. Azerisport.az xəbər verir ki, Musayev bu iki oyunçunun 2005-ci ildə pula görə "Neftçi"ni "Xəzər Lənkəran"a dəyişməsi barədə açıqlamasına dair saytımıza bunları söyləyib:

"İndi artıq futbol oynamıram. Amma vaxtilə çox klubda oynamışam. Onun mənim 10 000 dollara görə Lənkəran klubuma keçdiyimə dair dediyinə çox təəccübləndim. O, hardan bilir ki, həmin vaxt "Xəzər Lənkəran"la necə müqavilə bağlamışdım, belə bir məbləğ açıqlayır? Öncə düzgün informasiya almaq, sonra belə açıqlama vermək lazımdır.

Mən "Xəzər Lənkəran"a "Neftçi" ilə müqaviləmin müddəti başa çatdığı üçün keçmişdim. Müqavilədəki məbləği də ancaq mən bilirdim, bir də klub rəhbərliyi. "Neftçi" ilə müqaviləm bitəndən sonra Ramin Musayev də mənə müqavilə təklif etdi. Amma onun təklif etdiyi məbləğ "Xəzər Lənkəran"ın təklif etdiyindən çox fərqlənirdi. 32 yaşım var idi, karyeramın sonuna yaxınlaşdığımdan, gələcəyim barədə düşünməyim normal idi. Hesab etmirəm ki, həmin vaxt "Neftçi"ni atıb getdim. Bununla heç kimə hörmətsizlik etmədim. Dünya təcrübəsində də futbolçuların belə addım atması normal hal kimi qarşılanır.

"Neftçi"də çıxış edərkən Birlik Kubokundakı qələbədə iştirak etdim, son mövsümdə çempion olduq. "Neftçi"də layiqli şəkildə çıxış etmişəm. Musayev hələ onda komandaya ikinci Mahmud Qurbanovu gətirəcəyinə dair açıqlama da vermişdi. Amma zaman göstərdi ki, onun məhz bu məqsədlə gətirdiyi Vadim Borets ikinci Mahmud ola bilmədi. "Xəzər Lənkəran"ın heyətində çempion oldum, ölkə kubokunu qazandım. Buna görə də düzgün addım atdığımı düşünürəm. Bütün bunlar keçmişdə qalıb".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.