1 iyun 2016 12:40
Qriqorçuk: Bu, karyeramda ən ağır dövr oldu
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk geridə qalan mövsümü dəyərləndirib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində bunları söyləyib:
"Ötən mövsümün bizdə çox da yaxşı alınmadığı dəqiqdir. Amma müəyyən mənada bu mövsümü iki hissəyə bölmək olar. Ötən mövsüm biz Avropa Liqasında dörd təsnifat mərhələsini uğurla keçdik, qrup mərhələsində oynadıq. Bu, fantastik idi. Amma ikinci hissəni - Azərbaycan çempionatındakı dövr çox çətin keçdi. Fikrimcə, hətta bir məşqçi kimi mənim karyeramda ən ağır dövr oldu".
