1 iyun 2016 12:00
Roman Qriqorçuk: Qışda mənə təkliflər olsa da, Qəbələdə qalmağı üstün tutdum
"Qəbələ"nin baş məşçqisi Roman Qriqorçuk bəyan edib ki, ona qışda digər klublardan təklif gəlsə də, onu qəbul etməyib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin mətbuatına verdiyi müsahibədə bölgə klubu ilə xüsusi razılaşmasının olduğunu da söyləyib:
"Bəli, qışda təklif almışdım. Bəzisi kifayət qədər ciddi təklif idi. Amma mən çalışdığım kluba böyük hörmətlə yanaşıram. Ona görə də heç bir klubla danışıq aparmadım. Klubla müqaviləm 2017-ci ilə kimidir. Amma bizim xüsusi razılığımız var ki, mənə daha ciddi və maraqlı təklif gəlsə, o zaman qarşı tərəf bunu anlayışla qarşılayacaq".
