1 iyun 2016 11:20

İnter CAS-a müraciətini geri götürdü

Xəbər verdiyimiz kimi, bu il martın 30-da UEFA CFCB-nin Məhkəmə Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazandığı birinci mövsümdə iştirak hüququndan məhrum etmişdi. Azerisport.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququndan yararlanan “İnter” və onun mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, aprelin 11-də CAS-a müraciət etmiş və bu qərara yenidən baxılmasını xahiş etmişdi. “İnter”in işlə bağlı zəruri sənədlər toplusunu qəbul etmiş CAS qarşı tərəfə (UEFA) işlə bağlı 20 gün ərzində rəsmi mövqe bildirmək üçün vaxt vermişdi.

Ötən müddət ərzində UEFA işlə bağlı mövqeyinin əks olunduğu sənədləri CAS-a və bir nüsxəsini “İnter”ə ünvanlayıb. “İnter” rəhbərliyi UEFA-nın sənədləri ilə tanış olub və CFCB-nin Məhkəmə Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarının CAS tərəfindən ləğv edilməsi ehtimalının çox az olması qənaətinə gələrək və klubun maliyyə vəsaitinin qorunmasını təmin etmək məqsədi ilə şikayətini geri çağırmaq barədə qərar qəbul edib. Həmçinin, “İnter”in cari mövsümdə Avropa Liqası zonasına düşməsi və UEFA-nın cəzasının bu il çəkilməsi CAS-a şikayətin geri götürülməsini şərtləndirən səbəblərdən biri olub. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.