31 may 2016 17:30

Rəşad Əzizli: Sloveniya ilə oyunda hakimlər bizi çox sıxdılar

Azərbaycanın gənclərdən ibarət yığma komandasının qapıçısı Rəşad Əzizlinin azerisport.az saytına müsahibəsi

- Sloveniya toplanışı necə gedir?
- Hər şeydən razıyıq. Hazırlıq üçün əla yerdir, ideal meydançalar, hava var.

- Amma ilk yoxlama oyununda Sloveniyaya 1:4 hesabıyla uduzdunuz...
- Gözlədiyimizdən də çətin matç oldu. Öz oyunumuzu göstərə bilmədik. Digər tərəfdən hakimlər də bizi sıxırdılar. Hər dəqiqə matçı saxlayırdılar, əleyhimizə qərarlar verirdilər ki, bu da oyunumuza təsirsiz ötüşmürdü. Uşaqlar da yorğun idilər.

- Yoxlama oyunu olsa da, darmadağını normal saymaq olmaz...
- Meydan sahiblərinin futbolçuları komandamızın üzvlərinə qarşı kobud oynayırdı, hakim isə buna göz yumurdu. Mən deyərdim ki, bu məğlubiyyətimizin yarı günahı hakimlərin üzərinə düşür.

- Amma millimizə 4 qolu hakimlər vurmayıb axı...
- Bu qədər qol buraxmaq mənim üçün də xoş deyil. Ən azından heç-heçə edəcəyimizi düşünürdüm.

- Sloveniya ilə ikinci oyununuzdan nə gözləyək?
- Qələbə qazanmalıyıq.

- Deyəsən, Şahruddin Məhəmmədəliyevdən qapını təhvil almısınız...
- Kimin oynayacağına dair qərarı məşqçilər korpusu verir. Onlar mənə güvənirsə, deməli, bu yerimi möhkəmləndirməliyəm.

- Qarşıda Bosniya və Herseqovina ilə də oyun var. Bu rəqib barədə nə bilirsiniz?
- Xüsusi bildiyimiz bir şey yoxdu. Onlarla qarşılaşmamışıq. Amma həmin oyuna da qələbə üçün çıxacağıq.

- AÇ-2017-nin seçmə mərhələsindəki son iki oyundan - Finlandiya və Farer adaları ilə görüşlərdən qələbə ilə ayrıla biləcəksiniz?
- Rəqiblərimizin hər biri futbol oynamağı bacarır. Asan olmayacaq. Amma biz turnir cədvəlində daha da üst pillədə qərarlaşmaq istəyirik. Bu şansı əldən verməməliyik.

- "Rəvan"ı başqa kluba dəyişəcəyinizi gözləməyə dəyər?
- "Rəvan" yeni mövsümdə Premyer Liqada oynamasa, pis olacaq. Uşaqlar elitada qalmaq üçün çox əziyyət çəkiblər. Bu klubun dağılmasını görmək istəmirəm. Mənə gəlincə, təkliflər var. Hər şeyə yaxın günlərdə aydınlıq gəlməlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.