31 may 2016 11:40

Ruslan Qurbanov: Kanadanın reytinqi bizi qorxutmur

Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan yığması Avstriyadakı ikinci yoxlama oyununda Makedoniyaya 1:3 hesabıyla uduzdu. Öncə bu oyun barədə fikirlərinizi bilmək istərdik...
- Biz oyuna düzgün başlamadıq. Birinci hissəni çox zəif keçirdik. İkinci yarıda isə təşəbbüsü ələ aldıq. Lakin təəssüf ki, son dəqiqələrdə rəqib daha bir qol vuraraq, qalib gəldi.

- Rəqibin heyətində kimi qeyd edərdiniz?
- Qoran Pandev təhlükəli oynayırdı. Amma bütövlükdə, Makedoniya yığması sırf bizim səhvlərimizdən yararlanmaqla qollar vurdular.

- Qol epizodlarında sanki yığmamızın üzvləri bir-birini başa düşmürdü...
- Bəli, biz ilk iki qolu rəqibə hədiyyə etdik.

- Yorğunluğun təsiri oldu?
- Əlbəttə, yorğunuq. Bir neçə gün öncə "Qarabağ"la "Neftçi"nin futbolçuları ölkə kubokunun finalında 120 dəqiqə mübarizə apardıqdan sonra bura gəldi. Amma bütün bunlar məğlubiyyətimizə haqq qazandırmır. Bu oyunu analiz edib, buraxdığımız səhvləri növbəti oyunlarda təkrarlamamağımız lazımdır.

- Yığmamız rəsmi oyunlarda da uduzur, yoxlama görüşlərində də. Bəs nə vaxt qələbə qazanacağıq?
- Biz də qələbə qazanmağı çox istəyirik. Amma son zamanlar alınmır.

- Andorra və Makedoniyaya qalib gələ bilməyən yığmada psixoloji vəziyyət nə yerdədir?
- Analizlər aparmalı və Kanada ilə oyuna hazırlaşmalıyıq. Bu toplanışı qələbə ilə başa vurmaq istəyirik. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

- Kanada üzərində qələbəyə inanırsınız?
- Rəqib ciddi komandadır. Onlara qarşı oynamaq maraqlı olacaq. Amma düzünü desəm, rəqib komandada heç kimi tanımıram. Bu, mənim üçün maraqlı da deyil. Rəqib barədə yox, öz oyunumuz haqda düşünməliyik. Azarkeşlər bizdən qələbə gözləyirlər, onları sevindirməliyik.

- Kanadanın dünya reytinqində 95-ci yeri tutmasının hansısa önəmi var?
- Xeyr. Bu, bizi qorxutmur. Sadəcə, rəqibin səviyyəsini göstərir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.