31 may 2016 00:00

Kəpəz 6 futbolçu ilə vidalaşıb, 11 oyunçu ilə müqavilə imzaladı

“Kəpəz”in əsas komandasını tərk edən futbolçuların adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, Gəncə klubundan biri legioner olmaqla altı oyunçu ayrılıb.

Siyahını nəzərinizə çatdırırıq:

Namiq Ələsgərov, Tərlan Quliyev (hər ikisinin icarə müddəti bitib), Elvin Cəbrayıllı, Xəzər Qəribov, Bəxtiyar Soltanov, Junior Osvaldo (hamısının müqaviləsinin müddəti başa çatıb).

“Kəpəz” komandanı tərk edən bütün futbolçulara ötən mövsüm göstərdiyi oyuna görə minnətdarlıq edib, onlara karyerasının gələcək hissəsində uğurlar arzulayıb.

Bu arada isə baş məşqçi Şahin Diniyevin təqdimatına əsasən 11 oyunçu ilə müqavilənin müddəti artılıb. Onlardan ikisi əcnəbi, digərləri yerlilərdir. Bütün futbolçularla yeni bir illik anlaşma imzalanıb. Müqaviləsinin müddəti uzadılanlar aşağıdakılardır:

Eyyub Əliyev, Tadas Simaitis, Tural Axundov, Tural Nərimanov, Azad Kərimov, Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov, Kərim Diniyev, Tural Rzayev, Julien Ebah.

“Qarabağ”dan icarə əsasında 2015/2016 mövsümündə “sarı-göylər”in heyətində çıxış etmiş Şəhriyar Əliyevin icarə müddəti daha bir illiyinə uzadılıb.

Qeyd edək ki, bu futbolçulardan əlavə hələ ötən mövsümün gedişində Dario Frederiko ilə müqavilə yenilənmişdi. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.