30 may 2016 19:00
Nelson Bonilya: Zirə məni daha bir mövsüm saxlamaq istəyir
"Zirə"nin salvadorlu hücumçusu Nelson Bonilya bu klubdakı gələcək taleyi barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klubda mənim daha bir il bu komandada oynamağımı istəyirlər. Hələ yeni müqavilə imzalamamışıq. Hazırda bütün diqqətim yığmamızın oyunlarına yönəlib. "Qarabağ" və "Partizan" variantları da var. Amma bu barədə danışmaq istəmirəm. Bu və digər variantları menecerim daha yaxşı bilir. Hər şey mümkündür. Necə olacağını görəcəyik".
