30 may 2016 15:00

Qara Qarayev: Kanadanın daha güclü olması onlara da uduzacağımızdan xəbər vermir

Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev Makedoniyaya qarşı yoxlama oyunundan (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Niyə hər şey belə uğursuz alındı?
- Oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçinin bütün tələblərini yerinə yetirməyə çalışdıq. Amma ilk yarıda müdafiədə buraxdığımız iki səhvə və hücumdakı passiv oyunumuz fasiləyə 0:2 hesablı məğlubiyyətlə yollanmağımıza səbəb oldu.

- Bəs fasilədən sonra nə dəyişdi?
- Gördüyünüz kimi, ikinci yarıda daha yaxşı oynadıq. Çoxlu qol vəziyyəti yaratdıq. Amma onların sadəcə, birindən yararlana bildik. Üçüncü qolu isə hücuma daha çox aludə olduğumuz üçün buraxdıq. Çünki ən azı hesabı tarazlaşdırmaq istəyirdik. Başqa deyiləsi heç nə yoxdur. Geridə ağır mövsüm qomuşuq. Yorğunluq hiss olunur.

- Andorranın (0:0) ardınca özümüzdən reytinqcə aşağı olan daha bir rəqibə qalib gələ bilmədik...
- Şübhəsiz ki, sərgilədiyimiz oyun barədə düşünməyə ehtiyac var. Belə oynamağa davam etmək olmaz.

- Tezliklə DÇ-2018-in seçmə mərhələsi start götürəcək. Bu, sizi narahat etmir?
- İndi səhv etmək daha yaxşıdır, nəinki rəsmi oyunlarda. Bu səhvlərimizi yaxşı analiz etməliyik. Hər bir uğursuz oyundan nəticə çıxarmağa ehtiyac var.

- Növbəti oyun Kanadaya qarşı olacaq...
- Rəqib güclüdür. Onlar Makedoniyadan da yaxşıdır.

- Deməli, özümüzü uğursuz nəticəyə hazırlayaq?
- Xeyr. Rəqibin güclü olması ona mütləq uduzacağımızdan xəbər vermir. Rəqib nə qədər güclü olsa, komanda həmin oyuna daha da məsuliyyətlə, ciddi yanaşır. Ümid edirəm ki, nəticə və oyun daha da yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.