30 may 2016 13:00
Emin Nurinin komandası səfər qələbəsinə sevindi
İsveç çempionatında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Falkenberq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1.
Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. O, matçın 35-ci dəqiqəsində sarı vərəqə ilə də cəzalanıb.
"Kalmar" geridə qalan turlarda topladığı 16 xalla 16 klub arasında 9-cu pillədə qərarlaşıb.
