30 may 2016 11:20

Əfran İsmayılov: Penalti zərbəsini mənim vuracağım bir gün öncədən bəlli idi

Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov Avstriya toplanışı çərçivəsində Makedoniyaya qarşı yoxlama oyunundan (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Çətin olacağını bilirdik. Oyuna ciddi yanaşırdı. Qələbə qazanmağı çox istəyirdik. Çünki heç vaxt Makedoniyaya qalib gələ bilməmişdik. Gördüyünüz kimi, iki fərqli hissə alındı. Birinci yarıda pis, ikincidə bir qədər yaxşı oynadıq.

- Bu, nə ilə bağlıdır?
- Bunun dəqiq səbəbini deyə bilmərəm. Amma birinci hissədə "yatdığımız" faktdır. Rəqibə iki qol vurmağa imkan verdik. İkinci yarıda isə toparlandıq. Baş məşqçi bizə vəziyyətə uyğun necə davranmağı tapşırdı. Bunun sayəsində də ikinci 45 dəqiqəni uğurlu keçirdik. Hesabı bərabərləşdirmək şanslarımız da var idi. Amma biz bunu bacarmayınca, makedoniyalılar üçüncü qolu vurdular.

- Penalti zamanı nöqtəyə Dmitri Nazarov yanaşsa da, Robert Prosineçki onu sizin vurmağınızı istədi...
- Bir gün öncə belə razılaşmışdıq ki, penalti olsa, birinci mən vuracağam. Mən meydanda olmasam, Nazarov nöqtəyə yaxınlaşmalı idi.

- Penaltini qaçıracağınıza dair qorxu və həyəcan yox idi ki?
- Həmin anda bütün fikirləri bir kənara atıb, soyuqqanlı olmaq lazımdır. Mən də belə etdim.

- Üçüncü buraxılan qol daha çox sizin səhvinizdən vuruldu...
- Deməzdim. Maksim Medvedev ötürməyə gecikdi. O, topu mənə ötürəndə bunu gözləmirdim. Amma heç kimi günahlandırmıram. Komandamız oyunun sonunda ancaq hücum etmək barədə düşünürdü.

- DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizdən Norveç, Şimali İrlandiya və Çexiya nümayəndələri millimizin oyununu izləyirdi. Ola bilər ki, məşqçilər korpusu onları yanıltmaq üçün hansısa fərqli taktika tətbiq etsin?
- Düşünmürəm. Biz bu görüşdə öz oyunumuzu sərgilədik. Belə matçlar seçmə mərhələ öncəsi çox önəmlidir. Artıq Kanada ilə görüşü düşünürük. Sonuncu rəqibimiz daha çətindir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.