30 may 2016 00:05

Ağabala Ramazanov: Matça motivasiyalı çıxmışdıq, amma alınmadı

Azərbaycan yığmasının hücumçusu Ağabala Ramazanov Avstriya toplanışı çərçivəsində Makedoniyaya qarşı keçirilmiş yoxlama oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- 1:3 hesablı məğlubiyyəti necə şərh edərdiniz?
- Robert Prosineçki bizə oyundan öncə bu rəqiblə beş oyun keçirib, heç birində qələbə qazanmadığımızı söyləmişdi. Sadəcə, bir heç-heçəmiz vardı. Düzdür, həmin oyunların heç birində iştirak etməsəm də, bu görüşə kifayət qədər yaxşı motivasiya ilə çıxmışdım.

- Amma bu motivasiya komandamızı növbəti məğlubiyyətdən xilas etmədi...
- Oyuna ciddi yanaşırdıq. Amma birinci yarıda çox zəif oynadıq. Bunun səbəbini demək çətindir. İkinci hissədə isə hər şey fərqli idi. Hətta mənim də qol vurmaq şansm oldu. Üçüncü qolu nəzərə almasaq, fasilədən sonra hər şey yaxşı alındı.

- Bəs ən azı məğlubiyyətdən qaçmaq üçün nə çatmadı?
- Bunu mən deyə bilmərəm. Məşqçilər daha yaxşı bilər.

- Bəs sırf sizin qol vurmağınız üçün nə çatmadı?
- Ola bilsin ki, təcrübə. Ya da başqa nəsə.

- "İnter"ə keçidiniz barədə nə deyərdiniz?
- Mənə bir neçə klubdan təklif vardı. Amma "İnter"i seçməyə qərar verdim. Əminəm ki, səhv etməmişəm. Klub yerli futbolçulardan ibarət yaxşı kollektiv yaratmağa başlayıb. Çempionluq uğrunda mübarizə aparacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.