29 may 2016 11:00

Şahin Diniyev: Kəpəz Qarabağdan sonra dolu tribunalar önündə oynayan ikinci komanda olacaq

Azerisport.az sizi “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin klub saytına verdiyi müsahibənin ikinci hissəsi ilə tanış edir.

- Yəqin ki, Avroliqaya və yeni mövsümə hazırlığın planlarını bir müddət öncədən cızmağa başlamısız...
- Mən həmişə planları yaxın gələcəyə qururam. “Xəzər Lənkəran” səfərindəki qələbədən sonra Avropa Liqasına vəsiqə qazanmağımız dəqiqləşdi və biz artıq planın ilk cizgilərini cızmağa başladıq. Komandanın planı və sistemi olmalıdır, bu yöndə də hərəkət eləmək lazımdır. Təlim-məşq toplanışından tutmuş transferlərə kimi məsələlər müzakirə olundu, addımlar atılmağa başladı. Klub rəhbərliyinin dəstəyi ilə komandanı komplektləşdirmək yolunda işlər görülür. Hazırlıq planını rəhbərliyə təqdim etmişik. İlk növbədə heyət güclənməlidir. Çempionatda ölkə daxilində Gəncəni təmsil edirdiksə, indi Avropada Azərbaycanı təmsil edəcəyik. Ona görə böyük uğursuzluqlar olmamalıdır. Çalışacağıq ki, azarkeşlərin ümidlərini doğruldaq.Bu mövsümdə olduğundan daha yaxşı komanda yaratmağa çalışacağıq.

- Hamı düşünür ki, “Kəpəz” qitə miqyaslı turnirdə sadəcə iştirak etmək xatirinə oynamayacaq. Siz nə fikiləşirsiz?
- Gəncə klubunun Avropa Liqasına düşməsinin özü bir uğurdur. 16 ildən sonra “Kəpəz”in Avroliqaya vəsiqə qazanması çox xoşdur. Komanda yeni yığılanda ilk hədəf elitada qalmaq idi. Sonradan fikir dəyişdi və ilk “6-lığ”a düşməyə çalışdıq. Qitə miqyaslı turnirdə iştirak hüququ əldə edəndən sonra üçüncü yeri tutmağı hədəflədik. Yəni oyundan-oyuna istək artır. Avropada Azərbaycanı elə təmsil etməliyik ki, azarkeşlər utanmasınlar. Əlimizdən nə gəlirsə, etməyə çalışacağıq. Nəticə nə olacaq, onu zaman göstərəcək. İndidən boş-boş vədlər verib qrup mərhələsinə düşəcəyik desək, düzgün çıxmaz. İnanıram ki, “Kəpəz” meydanda layiqli şəkildə mübarizə aparacaq. Uduzsaq belə, heç kimə asan məğlub olmayacağıq. Son mövsüm göstərdi ki, komandamız liderlərlə başa-baş mübarizə aparmağa qadirdir və heç bir komanda bizə yuxarıdan aşağı baxmadı. Bunun Avropada da belə olmasına səy göstərəcəyik.

- Komandanın heyətində gedənlər və gələnlər çox olacaq?
- 6-7 futbolçu gedib, hardasa bir o qədər də oyunçu gələcək. Transferlərlə bağlı işlər davam etdirilir və iyunun ilk günlərində bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək.

- Ölkə mətbuatına müsahibələrinizdən birində “ulduz yox, ulduz olmaq istəyən futbolçu transfer edəcəyik” demisiz.
- Bunun səbəbləri var. Məşqçi harada işləyirsə, o klubun büdcəsinə uyğun hərəkət etməlidir. Büdcəmiz ulduz transferlər həyata keçirməyə imkan vermir, ulduz futbolçunun istədiyi şeylər çox olur. Ona görə bizə ulduz olmaq istəyən oyunçu lazımdır. Son mövsüm “Kəpəz”in rekord sayda üzvü yığma komandalara dəvət aldı. Bu gün bu futbolçulara ölkə klublarında təlabat böyükdür. Əsas milliyə, 21 və 19 yaşlılardan ibarət komandalara 8 futbolçumuz düşdü. Bu, Gəncədə futbolun, “Kəpəz”in inkişafı deməkdir. Son 10 ayda yığmalara bu qədər oyunçu vermişiksə, deməli, potensialımız böyükdür. Dəstək artarsa, gələcəkdə daha böyük işlər görə bilərik. Ulduz olmaq istəyən futbolçuya Budaq Nəsirovu misal göstərə bilərik. Onu komandamıza dəvət etdik, gəldi “Kəpəz”də özünü göstərdi, milliyə düşdü. Belə oyunçularla işləmək zövq verir. Onlar özlərini daim göstərməyə, sübut etməyə çalışırlar. Arzusuna çatmış futbolçu ulduz hesab olunur və bəzən onun böyük işlər görməyə nə gücü olur, nə də ki, həvəsi.

- Namiq Ələsgərov “Kəpəz”də qalsaydı, Dario Frederikonun da gəlişi ilə komanda ən güclü cinah oyunçularına malik olacaqdı. Bununla bağlı sizin fikirləriniz necədir?
- Əvvəlcə Ağdam klubunun rəhbərliyinə və Qurban müəllimə komanda yeni qurulanda bizə verdiklərə dəstəyə görə minnətdarlığımı bildirirəm. Onlar bizə icarəyə futbolçu verdilər. Həmin oyunçular başqa kluba gedib böyük pullar da qazana bilərdilər, amma bizi seçdilər. Bu işdə “Qarabağ”ın rolu böyük oldu. O ki qaldı Ələsgərova, mənim bu futbolçu ilə bağlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla söhbətim olmuşdu. Zədəsinə görə Namiq forma yığmaqda, oynamaqda çətinliklə üzləşmişdi. Çempionatın qış fasiləsində biz onu Gəncəyə dəvət etdik, komandamıza kömək etdi. Biz də ona borclu qalmadıq, oynamaq üçün imkan yaratdıq. Bu gün Ələsgərov həm milliyə, həm də “Qarabağ”a çox lazımdır. Mən şadam ki, biz onu futbola qaytara bildik. Namiqin mövqeyi üçün futbolçu axtarışındayıq, çalışacağıq yoxluğunu büruzə verməyək. 

- İcarədə olan digər futbolçularla bağlı vəziyyət nə yerdədir?
- Namiq Ələsgərovla yanaşı, klubumuzda icarədə olan daha bir neçə futbolçu var. Onlardan Tərlan Quliyev də sıralarımızı tərk etdi. Biz ona əməyinə görə təşəkkür edib, karyerasının gələcək hissəsində uğurlar arzu edirik. Digərləri ilə danışıqlar davam etdirilir, yəqin ki, klub rəhbərliyi bu məsələləri müsbət tərəfdən yoluna qoyacaq.Onu da əlavə edim ki,Quliyevin gedişindən sonra bizə təcrübəli mərkəz müdafiəçisi lazım olacaq. Ayrı-ayrı mövqelər üzrə iki layiqli futbolçumuz olmalıdır. Yerlilərlə yanaşı, əlavə iki legionerin klubumuza keçidində maraqlıyıq.

- Bir qədər öncə gələn mövsüm üçün daha güclü “Kəpəz” görə biləcəyimizi dediz. Fikrimcə, daha güclü komanda daha böyük məqsədləri həyata keçirməyə imkan verəcək.
- Biz artıq başımızdan yuxarı tullanmışıq və bu yerə gəlib çatmışıq. Artıq bu nəticəni gələn mövsüm “Kəpəz” azarkeşləri qəbul etməyəcək, biz bunu anlayırıq. Biz özümüz – məşqçilər və futbolçular da inkişaf etməyə çalışırıq. Bunu istəyiriksə, bu günkü yerimizdən daha yuxarıda olmalıyıq. Stabil heyətimiz olacaqsa, lazımı nəticəni qazana biləcəyik. Son mövsümdə hər oyun öncəsi zədəli və ya cəzalı futbolçunun olması səbəbindən istədiyim 11-liyi meydana buraxa bilmirdim. Qarşıdakı mövsümdə isə düşünürəm ki, belə problemimiz olmayacaq. İstədiyimiz oyunçuları heyətimizə qatsaq, güclü “Kəpəz” yarada biləcəyik.

- Son olaraq əlavə etmək istədiyiniz nəsə var?
- Azərbaycanda bir nömrəli olan azarkeşlərimizə bir daha minnətdarlığımı bildirirəm. Təəssüflər olsun ki, Avropa Liqasında ev oyunumuzu Gəncədə keçirə bilməyəcəyik, Bakıda oynamalı olacağıq. Ona görə də fanatlarımızı paytaxta dəvət edirəm. İnanıram ki, bizi tək buraxmayacaqlar. Çempionatda olduğu kimi qitə miqyaslı turnirdə də onlara ehtiyacımız var. Yəqin ki, “Qarabağ”dan sonra dolu tribunalar önündə oynayacaq ikinci komanda olacağıq. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.