29 may 2016 20:51

Yığmamız Makedoniyaya uduzdu

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün ikinci yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Robert Prosineçkinin çalışdırdığı millimiz bu dəfə Makedoniya ilə üz-üzə gəlib.

Üç gün öncə Andorra ilə qolsuz bərabərliyə razılaşan "ay-ulduzlularımız" bu dəfə qələbə ümidindəydi. Amma komandamızın bu istəyinə yenə də çata bilməyib.

Makedoniyalılar ilk yarının ortalarına qədər artıq 2 cavabsız qolla önə keçiblər. 73-cü dəqiqədə əllə oyuna görə rəqib qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən Əfran İsmayılov hesab arasındakı fərqi azaldıb. Amma komandamızın bundan artığına gücü çatmayıb. Əksinə, matçın lap sonunda makedoniyalılar qapımızdan daha bir top keçirməyə nail olublar. Nəticədə, yığmamız meydanı məğlubiyyətlə tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Azərbaycan yığması Avstriya toplanışı çərçivəsində son matçını iyunun 3-də Kanadaya qarşı keçirəcək.

Yoxlama oyunu
29 may

Azərbaycan - Makedoniya - 1:3 (0:2)
Qollar: M.Radeski, 19 (0:1). Q.Pandev, 32 (0:2). Ə.İsmayılov, 73-pen. (1:2). İ.Nesterovski, 90+2 (1:3).
Hakimlər: Markus Hameter, Rolan Braunşmidt, Maksimilian Kolbitş, Manuel Şüttenqruber (Avstriya).

Azərbaycan: 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev (18. Ağabala Ramazanov, 46), 11. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 17. Rəhman Hacıyev (28. Coşqun Diniyev, 46), 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 12. Anar Nəzirov, 4. Pavel Paşayev, 10. Elvin Məmmədov, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 19. Rəşad Eyyubov, 20. Ufuk Budaq, 21. Murad Səttarlı, 24. Amil Yunanov, 25. Adil Nağıyev.
Baş məşqçi: Robert Prosineçki.
Makedoniya: 1. Stole Dimitrevski, 3. Leonard Zuta, 5. Kire Risteski (19. Deyan Peşevski, 46), 6. Vançe Şikov, 13. Stefan Ristovski, 4. Boyan Naydenov (18. Beşir Demiri, 83), 16. Enis Bardi, 7. İvan Triçkovski (20. Nikola Georgiyev, 59), 9. Aleksandr Traykovski (8. David Babunski, 59), 11. Maryan Radeski (17. Boban Nikolov, 46), 10. Qoran Pandev (k) (15. İliya Nestorovski, 73).
Ehtiyat oyunçular: 12. İqor Aleksovski, 14. Darko Velkovski, 2. Eqzon Beytulay.
Baş məşqçi: İqor Angelovski.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.