29 may 2016 00:30

Rəhman Hacıyev: Makedoniyaya qalib gəlməyə çalışacağıq

Azərbaycan yığmasının və "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Avstriya toplanışı çərçivəsində Makedoniyaya qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Toplanış necə gedir?
- Kubokun finalından sonra, mayın 26-da millinin düşərgəsinə gəldik. İlk gündə heç məşq də etmədik, yorğun idik. Andorra ilə oyuna baxdıq. İndi isə tam heyətlə Makedoniya ilə oyuna hazırlaşırıq. Qələbə qazanmaq istəyirik.

- Finalda uduzduğunuza görə, "Neftçi"nin futbolçularının psixoloji baxımdan qaydasında olmadığını demək olar?
- Əlbəttə, finalda məğlubiyyət çox üzücüdür. Özü də əlavə vaxtın sonlarında qol buraxdıq. Amma özümüzə gəlmişik. Tam olaraq yığmanın toplanışına, oyunlarına köklənmişik. İrəli baxmaq lazımdır. "Neftçi" hələ öz nəticələrini göstərəcək.

- Sabah sizi də start heyətdə görə bilərik?
- Bəli. Bu, mənim yığmada ikinci oyunum olacaq. Çalışacağam ki, komandamıza faydalı olum.

- Andorra ilə heç-heçədən sonra millimizdən bu dəfə nə gözləyək?
- Makedoniya Andorradan daha güclü, yaxşı rəqibdir. Oyunlarını da görmüşük. Onlarla sonadək mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq.

- Azərbaycan çempionatında ən yaxşı cərimə zərbəsi vuranlardan birisiniz. Zərbə vurmaq texnikası baxımından Kristiano Ronaldoya bənzəyirsiniz. Təsadüfən, ondan nümunə götürmürsünüz?
- Uşaqlıqda onun zərbə vurmaq texnikasına baxırdım, öz üzərimdə çalışırdım. Ola bilsin ki, bənzərlik var. Amma mən onu təkrarlamağa çalışmıram. Zərbələr üzərində yenə də çalışmağım lazımdır. Hər məşqdən sonra bunun üzərində çalışıram. Hərdən alınır, hərdən yox.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.