28 may 2016 17:30
Sezar Meza Kolli İnterdən ayrılır?
"İnter"in paraqvaylı futbolçusu Sezar Meza Kolli Azərbaycandan ayrıla bilər. Azerisport.az saytına açıqlamasında yarımmüdafiəçi bəyan edib ki, ona əcnəbi klublardan təkliflər var:
"Hazırda vətənimdə istirahət edirəm. Azərbaycana qayıdıb-qayıtmayacağımı bilmirəm. Çünki hazırda üç klubdan təklif almışam. Biri Avropa, ikisi Azərbaycan klubundandır. Özü də rəsmi təkliflərdir. Hələ ki, qərar verməmişəm. "İnter"in bir neçə transfer həyata keçirdiyini bilirəm. Amma kimləri aldıqları ilə maraqlanmamışam. "İnter"ə növbəti mövsümdə də kömək etmək istərdim".
