28 may 2016 12:00

Aleksandr Şoliç: Qəbələ, İnter və Neftçi Qarabağla rəqabəti gücləndirməlidir

"Bakı"nın sabiq yarımmüdafiəçisi Aleksandr Şoliç Azərbaycan və Andorra yığmaları arasında baş tutan yoxlama oyununu izləmək üçün Avstriyaya təşrif buyurub. Qarşılaşmadan (0:0) sonra o, azerisport.az saytının suallarını cavablandırıb.

- İşləriniz necədir?
- Son dövrlər öz ölkəmdə oynayıram. Demək olar ki, karyeramı başa vururam. Çünki xarici ölkələrdə də klubların maliyyə vəziyyəti yaxşı olmadığından harasa getmək sərf etmir. B kateqoriyalı məşqçi kurslarına qatılmağa başlamışam.

- Sirr deyilsə, buraya səfərinizin səbəbi nədir?
- Robert Prosineçki və köməkçiləri ilə kef-əhval tutmağa gəlmişəm. Onlarla tanışıq. Eyni zamanda Azərbaycandan olan tanışları görmək də xoş oldu. Çoxdan idi komandanızı belə canlı görmürdüm.

- Xorvatiyalı mütəxəssis millimizdəki işinə pis başlamayıb...
- Bəli, amma daha da yaxşı olmalıdır. O, yaxşı mütəxəssisdir, işini bilən insandır. Ona uğurlar arzulayıram.

- Əsas heyətlə oynamasa da, yığmamızın Andorraya qarşı oyununu necə şərh edərdiniz?
- Oyun məni sevindirdi. Heç vaxt belə bir Azərbaycan yığması görməmişdim ki, bu qədər hücum etsin, qol vəziyyəti yaratsın. Komanda hücumda çox aqressiv idi. Andorranın aşkar bəxti gətirdi. Komandanızın yarıdan çoxunun debütant olduğunu nəzərə alsaq, hər şey o qədər də pis deyil.

- Azərbaycan çempionatını izləyirsiniz?
- Əlbəttə. Premyer Liqanın ən mənfi cəhəti "Qarabağ"la rəqabət apara biləcək klubun olmamasıdır. Bu, təkcə çempionata olan maraq baxımından yox, ağdamlıların özü, bütövlükdə ölkə futbolu üçün də pis məqamdır. Digər klublar rəqabəti gücləndirmək üçün nəsə etməlidirlər.

- Siz bu rolu üzərinə götürə biləcək klub görürsünüz?
- "Qəbələ", "Neftçi", "İnter"dən bunu gözləmək olar. Onlar ilk növbədə heyəti gücləndirməlidirlər.

- Siz yəqin bilirsiniz ki, futbolumuzda əvvəlki kimi böyük pullar yoxdur?
- Bəli, məlumatım var. Amma AZAL-ın timsalında onu da görürük ki, futbolda pul hər şeyi həll etmir. Onlar çox kiçik büdcə ilə bu mövsüm çox yaxşı nəticələrə imza atdılar. Elə debütant "Zirə"nin necə çıxış etdiyinə baxmaq yetərlidir.

- Bəs keçmiş klubunuz - "Bakı" barədə nə deyə bilərsiniz?
- Mən bu klub barədə soruşmayacağınızı düşünürdüm. Bu barədə danışmaq çətindir. "Bakı"nın bu vəziyyətə düşməsi çox üzücüdür. İnana bilmirəm ki, o cür klub dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Hər şey fərqli də ola bilərdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.