28 may 2016 11:00

Heydər Əliyev Kubokunda Neftçala qalib oldu

Mayın 25-də Naxçıvan Muxtar Respublika Stadionunda start götürən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turniri başa çatıb. Azerisport.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Futbol Federasiyasının və Azərbaycan Peşəkar Futbol Liqası birgə keçirdikləri turnirdə 4 komanda mübarizə aparıb.

Belə ki, Azərbaycan Birinci Divizionunun qalibi “Neftçala”, həmçinin bu liqada çıxış edən MOİK, “Şərurspor” və Naxçıvanın “Araz-Naxçıvan” komandaları turnirdə birinclik uğrunda meydana çıxıblar. Mayın ayının 25-də keçirilən ilk görüşlərdə meydana “Araz-Naxçıvan” və “Neftçala” komandaları çıxıb. Görüş Neftçala təmsilçisinin 3:0 hesbalı qələbəsi ilə başa çatıb. Digər görüşdə isə “Şərurspor” və MOİK komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı heç-heçə (2:2) başa çatdığından qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirilib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən MOİK futbolçuları (1:3-pen) finala yüksəliblər.

Mayın 27-də keçirilən üçüncülük oyununda “Araz-Naxçıvan” “Şərurspor”la üz-üzə gəlib. Hesabda 2:0 öndə olmasına baxmayaraq, “qırmızı-ağlar” bu üstünlüklərini sonadək qoruya bilməyiblər. Oyunda “status-kvo”nu bərpa edən “Şərurspor” penalti zərbələrini daha dəqiq yerinə yetirərək (3:4) turnirin bürünc medalını qazanıb.

Final görüşündə isə MOİK və “Neftçala” qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Bu qələbə nəticəsində turnirin qalibi adını “Neftçala” qazanıb. Turnirin ən məhsuldar futbolçusu isə qalib komandanın hücumçusu Məhəmməd Alıyev olub. “Ən yaxşı futbolçu” nominasiyasında isə “Araz-Naxçıvan”ın müdafiəçisi Vüsal Abdullayev fərqlənib.

Sonda qalib komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev və Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim ediblər. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.