27 may 2016 14:40

Anar Nəzirov: Andorra ilə görüşdə problem hiss etmədim

Azərbaycan yığmasının qapıçısı Anar Nəzirov Avstriya toplanışı çərçivəsind Andorraya qarşı oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı fikirləriniz...
- Yığmamızın heyətində meydana xeyli gənc futbolçu çıxmışdı. Oyun bizim diqtəmiz altında keçdi. Sadəcə, qol vəziyyətlərindən yararlana bilmədik. Amma meydanda əsl mübarizə vardı. Hər futbolçumuz məşqçilərin verdiyi tapşırıqları yaxşı yerinə yetirməyə çalışırdı. Lakin top rəqib qapısına getmək istəmirsə, nə etmək olar?

- Matça start heyətdə çıxdınız və demək olar ki, 90 dəqiqə işsiz qaldınız...
- Bu, Mənim yığmada 90 dəqiqə meydanda olduğum ikinci oyunumdu. Birinci dəfə Estoniyaya qarşı, Berti Foqtsun dövründə belə oynamışdım. Amma Lixtenşteyn və Özbəkistana qarşı bir hissə oynamışam. Andorra ilə görüşdə problem hiss etmədim. Çünki müdafiə xəttimiz yaxşı çıxış etdi. Mən də qol buraxmamağa çalışdım.

- Andorra kimi cırtdan ölkə təmsilçisinə qalib gələ bilməməyimizi necə qiymətləndirirsiniz?
- Bizim heyətdə gənclər çox idi, əksəriyyəti debüt matçına çıxmışdı. Uşaqlar mübarizə apardılar, sadəcə, qol vurmağa nail ola bilmədilər. Qələbə qazanmalı idik. Lakin futbolda belə hallar da olur.

- Robert Prosineçki oyundan və nəticədən razı qaldı?
- O, oyundan razı, nəticədən narazıdır. Öz iradlarını bildirdi. Bu, yoxlama oyunudur. Səhvlərimizdən nəticə çıxarmalıyıq.

- Deməli, millidə əsas problem "vuran ayaq" problemidir?
- Prosineçki komandanın apardığı mübarizədən razıdır. Amma hər bir məşqçi istəyər ki, futbolçuları Andorra kimi rəqibə qalib gəlsin. Uşaqlar da hər şeyi etdilər, aqressiv oyun göstərdilər. Hər kəs qələbə qazanmaq üçün çalışdı, alınmadı. Əsas heyətin 8-9 futbolçusu bu gün meydanda deyildi.

- Oyundan sonra əsəbi görünürdünüz. Nə baş vermişdi?
- Nəticəyə görə məyus idim. İstədiyimiz nəticəyə nail ola bilmədiyimizə görə üzülürük. Amma alınmayanda alınmır.

- Qarşıda Makedoniya ilə oyun var...
- Makedoniya Andorradan daha ciddi rəqibdir. Onların futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər. Yoxlama oyunu olsa da, həmin oyunda da nəticə bizim üçün vacibdir. Yaxşı oyun göstərməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.