27 may 2016 00:10

Murad Səttarlı: Andorra heç-heçəyə oynayırdı

Azərbaycan yığmasının yarımmüdafiəçisi Murad Səttarlı Avstriya toplanışı çərçivəsində Andorraya qarşı yoxlama oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı fikirləriniz?
- Oyuna nəzarət tam olaraq bizim tərəfimizdə idi. Bütün oyunu fasiləsiz hücum etdik, rəqib isə əks-hücum şansı axtarırdı. Onların müdafiə xəttini yarmaq çətin oldu. Çünki bütün komanda ilə müdafiə olunurdular. Buna baxmayaraq, çoxlu qol vəziyyəti yaratdıq. Təəssüf ki, onlardan yararlana bilmədik. Bir az bəxtimiz gətirsəydi, matçı asanlıqla qalib başa vurardıq.

- Yığmaya bir neçə dəfə dəvət olunsanız da, debüt matçınızı Andorraya qarşı keçirdiniz. Debütünüzlə bağlı nə deyə bilərsiniz?
- İlk oyunum olsa da, özümü yaxşı tərəfdən göstərməyə çalışırdım.

- Sizcə, Robert Prosineçkidən yenə dəvət ala biləcəksiniz?
- Onun haqqımda nə düşündüyünü demək çətindir. Çətin ki, bir oyuna görə nəticə çıxarsın. Qarşıda daha iki oyun, xeyli məşq var.

- Makedoniya və Kanada ilə oyunlarda şans gözləyirsiniz?
- Bəli, ümid edirəm ki, məni meydana buraxacaq.

- Millimiz "cırtdanlar"la oyuna ehtiyat qüvvə ilə çıxsa da, çətin ki, azarkeşlər bu komanda ilə heç-heçəni normal qarşılasınlar...
- Andorra ilə heç-heçə oynamaq bizim özümüzə də xoş deyil. Qələbə qazanmaq istəyirdik və qazanmalıydıq.

- Rəqib futbolçular meydanda çox aqressiv idilər. Hətta bir neçə dəfə futbolçular arasında mübahisə də düşdü...
- Razıyam. Yoxlama oyunu olduğunu nəzərə alsaq, rəqib futbolçuların aqressivliyi həddən artıq idi.

- Sizcə, bu, nədən irəli gəlirdi?
- Onlar bizim hücumlarımız qarşısında çatdırmırdılar, tez-tez vaxt öldürməyə çalışırdılar. Andorra heç-heçəyə oynayırdı. Bu nəticə onlar üçün qəbulolunandır, amma bizim üçün yox.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.