26 may 2016 19:00

Mahir Mədətov: Formada olsaydım, finalda qol şansımı qaçırmazdım

"Qarabağ"ın hücumçusu Mahir Mədətov ölkə kubokunun finalında "Neftçi" üzərində qazandıqları qələbədən sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Finalla bağlı təəssüratlarınız...
- Şübhəsiz ki, çətin oyun oldu. Amma bu vəziyyətdə düşməyimizin günahı özümüzdə oldu. Çünki əsas vaxtda qol vura bilmədik. Ələ düşən şansları dəyərləndirsəydik, hər şey fərqli olacaqdı. Elə mən özüm də matçın taleyini əsas vaxtda həll etməyə yaxın idim.

- Beş-altı metr məsafədən qapıya düşə bilmədiyinizə görə özünüzə inamı itirmədiniz ki?
- Xeyr. Sadəcə, onu düşündüm ki, bu matçda bir də belə yüz faizli qol imkanım olmaya bilər. Çox təəssüf ki, şansımı qaçırdım.

- "Neftçi"nin belə müdafiə olunacağını gözləyirdiniz?
- Müəyyən mənada onların müdafiədən oynayacağını bilirdik. "Neftçi" böyük klubdu, kubokun finallarında böyük təcrübəyə malikdir.

- Matçın sonlarında baş məşqçi Qurban Qurbanovun komandanı penaltilərə necə hazırladığını görürdünüz?
- Ola bilər, amma mənim bundan xəbərim yoxdur. Etiraf edim ki, ehtiyat oyunçular skamyasında oturanlar artıq penaltilər barədə düşünməyə başlamışdı. Amma matçın sonunda hamımız ayaq üstə qalxmışdıq və sanki qol olacağını hiss edirdik. Xoşbəxtəlikdən elə də oldu.

- "Qarabağ"dakı ilk ilinizdə həm çempion oldunuz, həm də kubok qazandınız. Mövsümü sizin üçün uğurlu saymaq olar?
- Bu uğurlara tək mən nail olmamışam. Buna bütöv bir komanda halında, rəhbərliyimizlə, məşqçilərimizlə, bizə köməyi dəyən hər bir kəslə nail olduq. Ola bilər ki, son turlarda özümü yaxşı tərəfdən göstərə bildim, qollar vurdum. Amma bu da kifayət etmir. Daha çox çalışmaq lazımdır. Məsələn, tam yaxşı formada olsaydım, "Neftçi" ilə oyundakı qol şansını boşa verməzdim. Ola bilsin ki, təcrübəm çatmır. Üzərimə daha da çalışmalıyam.

- Çempionlar Liqasında oynayacağınıza inanırsınız?
- İnam həmişə lazımdır. Qurban Qurbanov sağ olsun ki, mənə həmişə şans verir, güvənir. Çox ümid edirəm ki, "Qarabağ"a ÇL-də də kömək edə biləcəyəm.

- Mövsüm ərzində müsahibə vermədiniz, dediniz ki, Qurban Qurbanov icazə vermir. Bu qadağanın sizə hansısa faydası oldu?
- Kubokun final matçında start heyətdə meydana çıxdımsa, deməli, faydası olub (gülür). Görünür, baş məşqçimiz mənim ancaq oyunuma köklənməyimi istəirdi. Baş məşqçinin qərarına qarşı çıxmağa haqqım yoxdur. İstənilən halda o, mənim üçün ən yaxşı olanı deyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.