26 may 2016 16:20

Andorra millisinin kapitanı: Azərbaycana yenə qol vurmağa çalışacağam

Andorra yığmasının kapitanı İldefons Lima bu gün Avstriyada Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Komandanız millimizlə oyuna hazırdır?
- Əlbəttə. Bu oyuna Andorrada hazırlaşırdıq. Avstriyaya oyun günü gəldik.

- Sirr deyilsə, niyə?
- Pul yoxdur. Andorra kiçik ölkədir. Komandanızın Avstriyada olduğunu bilirəm. Azərbaycan yığmasında maliyyə baxımından vəziyyət yaxşıdır. Avstriyaya istədikləri vaxt gələ bilirlər.

- Azərbaycanla oyundan nə gözləyirsiniz?
- Maraqlı oyun olacaq. Azərbaycanın yaxşı komandası var. Futbol oynamağı bacarırlar. Orada necə uşaqların oynadığını bilirəm.

- Qələbəyə ümid edirsiniz?
- Bu oyunda daha çox gəncləri sınaqdan keçirəcəyik, yeni seçmə mərhələyə hazırlaşmağa çalışacağıq. Mən də heyətdəyəm. Amma baş məşqçinin məni meydana buraxıb-buraxmayacağını bilmirəm. Buraxsa, oynamağa hazıram.

- Rəqibinizi ortabab, ya güclü komanda sayırsınız?
- Güclü? Ortabab? Bizim üçün ortabab rəqib yoxdur. Andorra Avropanın ən kiçik ölkələrindən biridir. 30 min əhalisi var. Azərbaycanın əhalisi isə 9 milyondur. Amma biz Azərbaycan yığmasına qalib gəlməyə çalışacağıq.

- Millimizdə kimi tanıyırsınız?
- Rəşad Sadıqovu, Əfran İsmayılovu, Qara Qarayevi, Dmitri Nazarovu.

- Ölkəmizdə olmusunuz?
- Xeyr.

- Azərbaycan Andorraya uduzsa, bu, ölkəmizdə fiasko, faciə kimi qəbul ediləcək. Bəs siz uduzsanız, Andorrada buna necə baxacaqlar?
- Azərbaycanın Andorraya uduzması faciə deyil. Bu, futboldur. Faciə Suriyada baş verir.

- Sizin və ya komanda yoldaşlarınızdan kiminsə Azərbaycan çempionatında oynamaq şansı olub?
- Xeyr. Mən heç Azərbaycan çempionatında nələrin baş verdiyini bilmirəm.

- Azərbaycan və Andorra yığmaları indiyə qədər dörd dəfə üz-üzə gəliblər. Siz deyəsən, hər oyunda meydanda olmusunuz və hətta 2008-ci ildə millimizə qol da vurmusnuz...
- Həmin oyunları yaxşı xatırlayıram. Yeri gəlmişkən, qarşıdakı matç mənim yığmada 99-cu oyunum olacaq. 98 oyunda 10 qol vurmuşam. Yenə qol vurmağa çalışacağam. Qoldan əlavə, komandamızın qələbəsini də görmək istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.