26 may 2016 15:40

"Gedən və gələcək futbolçuların siyahısı artıq hazırdır"

2015/16 futbol mövsümündə "Sumqayıt" klubu bir ilkə imza atdı. Azerisport.az xəbər verir ki, əvvəlcə klubun 17 yaşadək futbolçulardan ibarət komandası çempionatı 3-cü pillədə başa vurub, bürünc medallara yiyələndi.

Ardınca "Sumqayıt"ın əvəzedici komandası da bu uğuru təkrarladı. Əvəzedicilər başa çatan mövsümdə keçirdiyi 36 oyunda 18 qələbə, 9 heç-heçə və 9 məğlubiyyətə imza atmaqla mövsümü 3-cü pillədə başa vurdu. Bu oyunlarda komanda 69 qol vurub və qapısından 42 top buraxıb. Əvəzedici komandanın baş məşqçisi Rövşən Babayev arxada qalan mövsümü dəyərləndirməklə yanaşı, yeni futbol ilinin planları barəsində klubun rəsmi saytına müsahibə verib.

- Geridə qalan mövsümü necə dəyərləndirərdiniz?
- Dekabr ayında klubun rəhbərliyi tərəfindən işə dəvət aldım. Komandanı götürəndə bilirdim ki, kollektivdə istedadlı futbolçular var. Düzdür, mən baş məşqçi təyin olunanda komanda 6-cı pillədə qərarlaşmışdı. Buna baxmayaraq, çempionatı izlədiyim üçün potensiallı uşaqlardan qurulmuş bir komanda olduğunu bilirdim. Burada Samir Abasovun əməyi də danılmazdır. Çünki mövsümün əvvəlində komandanı o yığmışdı. 2015/2016 mövsümünü bizim üçün uğurlu saymaq olar. Mövsümü 3-cü pillədə başa vurub bürünc medallara yiyələndik. Bu kursu davam etdirib növbəti mövsümdə daha böyük uğura imza atmaq istəyirik.

- Komandaya dəvət olunan zaman rəhbərlik tərəfindən qarşınıza hansı məqsədlər qoyulmuşdu?
- Dəvət olunan zaman mövsümü ilk üç pillədə qərarlaşmaq tapşırığı almışdım. Allahın köməkliyi ilə bunun öhdəsindən gəldik. Əsas məqsədlərdən biri də, potensiallı futbolçuları üzə çıxarıb əsas komanda üçün yetişdirmək idi. Ürəkaçan məqam ondan ibarət idi ki, 17 yaşadək futbolçulardan ibarət komandamız da potensiallı uşaqlardan qurulmuşdu. Onlar da bizə çox kömək etdi. Ümumilikdə bir şeyi qeyd edim ki, "Sumqayıt" FK-nın akademiyasında istedadlı futbolçular çoxluq təşkil edir. Bu bizim işimizin xeyrinə olan amillərdəndir. Bundan başqa, əsas komandanın baş məşqçisi, texniki direktor və akademiyanın məşqçi heyəti ilə mütəmadi olaraq işləyirik. Bu da düzgün qurulmuş iş deməkdir.

- 2011/12 mövsümündən Premyer Liqada çıxış edən "Sumqayıt"ın əvəzediciləri bu müddət ərzində ilk dəfə medalçılar sırasında qərarlaşdı. Sizə görə, bu uğur Sumqayıt futbolu üçün nə deməkdir?
- Sumqayıt daim ölkə üçün çalışıb və istedadlı futbolçular və məşqçilər yetişdirib. Sevindirici haldır ki, bu gün "Sumqayıt" Futbol Klubunda düzgün qurulmuş iş sistemi var. Bəzi çətinliklərə baxmayaraq, yaxşı akademiyayımız mövcuddur. Biz bir daha sübut etdik ki, Sumqayıtda futbol var. Burada gənclərin yetişməsi üçün hər bir şərait var. Biz əvəzedici komanda olaraq gənc futbolçulara üstünlük verdik və uğur qazandıq. Gənclər həm də, əsas komandanın gələcəyidir.

- Yeni mövsüm üçün heyətdə hansı dəyişikliklər gözlənilir?
- Gedən və gələcək futbolçuların siyahısı artıq hazırdır. Bu həftə ərzində rəhbərliyə təqdim edəcəm. Komandadan ayrılanlar əsasən limitə düşməyən futbolçular olacaq. Dəvət edəcəyimiz futbolçular isə hamısı istedadlı gənclərdir. Bayaq qeyd etdiyim kimi, akademiyamızda kifayət qədər istedadlı futbolçular var. Onları da heyətə cəlb edəcəyik. Əsas məqsədimiz istedadlı futbolçuları əvəzedici komandaya dəvət edib əsas komanda üçün hazırlamaqdır.

- "Sumqayıt"ın əvəzediciləri 2016/17 mövsümü üçün hazırlıqlara nə nə vaxt başlayacaq?
- İyunun 27-də komanda bir araya toplaşacaq. Plana əsasən, 7 gün seleksiya xarakterli toplanış olacaq. Özünü sınamaq istəyən hər bir gənc üçün qapılarımız açıqdır. Ardınca 1 həftəlik məşqlərlə komandanı komplekləşdirib təlim-məşq toplanışına yığışacağıq.

Buradan bir daha futbolçularıma uğurlu mövsümə görə təşəkkür edib onları təbrik edirəm. Bu, bütün klubun uğurudur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.