26 may 2016 15:00

Elvin Bədəlov: Neftçi bu heyətlə Avroliqada uğur qazana bilər

"Neftçi"nin müdafiəçisi Elvin Bədəlov Azərbaycan Kubokunun finalında "Qarabağ"a uduzduqları oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Əsl finala layiq oyun oldu. İki güclü komanda qarşılaşırdı. Komandalar mümkün qədər səhvsiz oynamağa çalışırdı. Məhz buna görə matçın əsas vaxtı heç-heçə başa çatdı. Əlavə vaxtın son dəqiqəsində qol buraxdıq. Halbuki, artıq penaltilər barədə düşünməyə başlamışdıq. Ola bilsin ki, bir anlıq konsentrasiyanı itirdik. Həm də 120 dəqiqəlik oyun yorğunluq da gətirmişdi. "Qarabağ" da əlinə düşən şansdan yaxşı yararlandı. Bu komandanı kuboku qazanması, "qızıl dubl" etməsi münasibətilə təbrik edirəm. Əlbəttə, biz də kuboku qazanmağı çox istəyirdik. Bunun üçün ağıllı oynamağa çalışırdıq. Düzdü, qol epizodlarımız elə də çox olmadı. Qırmızı vərəqəyə gəlincə, bu, sadəcə, emosiyadan irəli gəlirdi".

Müdafiəçi komandadakı gələcək taleyindən də söz açıb: "Başqa klublardan dəvətlər var. Amma mən "Neftçi"də qalmaq istəyirəm. Son zamanlar oyunumuz alınmağa başlayıb. Bu heyətlə yaxşı toplanış keçsək, Avropa Liqasında uğur qazana bilərik. Amma yeni oyunçular da alınsa, lap yaxşı olar".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.