26 may 2016 13:20
Almaniya klubu millimizin sabiq forvardından imtina edir
Azərbaycan yığmasının sabiq hücumçusu Cihan Özkara klubsuz qalmağa yaxındır. Azerisport.az xəbər verir ki, onun Almaniyanın "Proyssen" klubu ilə 2017-ci ilə qədər müqaviləsi olsa da, məşqçilər korpusu futbolçunu saxlamaqda maraqlı deyil.
Baş məşqçi Horst Şteffanın sözlərinə görə, Özkara növbəti mövsüm üçün onların planlarına daxil deyil.
Qeyd edək ki, ötən mövsümü "Simurq"da keçirən 24 yaşlı hücumçu Türkiyənin "Sivasspor" klubuna qayıtsa da, daha sonra "Proyssen"ə keçməyə üstünlük vermişdi. Bu müdət ərzində 23 oyuna çıxan futbolçu onların sadəcə, 5-də start heyətdə meydana buraxılıb. Millimizin sabiq hücumçusu cəmi bir oyunda rəqib qapısına yol tapa bilib.
