26 may 2016 00:45

Çingiz Abdullayev: 6-cı daha uğurlu olacaq

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Kubokunun finalında "Qarabağ"a məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

- Çox yaxşı oyun alındı. Ötən il belə yaxşı oyun olmamışdı. Sayın, görün ötən il bizdə nə qədər əcnəbi oyunçu olub. Budəfəkilər isə cavan idi, azərbaycanlı idi. Düzdü, əcnəbilər də vardı, amma əksəriyyət azərbaycanlı uşaqlar idi və bununla fəxr edirik. İnanırıq ki, uğurlarımız hələ qabaqdadı.

- Hakimlikdən razı qaldınız?
- Oyundan sonra hakimliyi müzakirəyə çıxarmaq, onun idarəçiliyinə qiymət vermək düz deyil. Bunun üçün xüsusi mütəxəssislər var. Onlar gəlib, baxırlar və sözlərini deyirlər. Amma bizdə uduzan komanda dərhal hakimliyi qabartmağa başlayır. Bu, düzgün deyil.

- Bütünlüklə müdafiəyə çəkilən “Neftçi”dən nə yaza bilərik ki?
- Yaza bilərsiniz ki, baxmayaraq “Neftçi” çempionatı 6-cı yerdə bitirdi, amma çox güclü “Qarabağ”la bərabər səviyyədə oynadı. 120 dəqiqə heç-heçə idi, son dəqiqələrdə hesab açıldı.

- Avrokuboklara vəsiqə qazanmağı “Neftçi” üçün uğur saymaq olar?
- Məqsədimiz belə idi ki, ya medal götürək, ya kubokda finala çıxaq. Təbii ki, avrokuboklara getmək əsas hədəfimiz idi. Bu baxımdan deyə bilərik ki, məqsədimizə çatmışıq. Amma hesab edirəm ki, təbii olaraq, bu il nöqsanlarımız çox idi. Çoxlu dəyişiklər var idi. Ona görə də, ayın 28-də Müşahidə Şurasının iclasında bu məsələlərə baxacağıq.

- “İnter”in cəzası ləğv olunsa, “Neftçi” Avroliqadan kənar qala bilər...
- Bildiyimə görə, onların məsələsinə iyulda baxılacaq. Bunu da bilirik ki, həmin vaxta qədər artıq birinci təsnifat mərhələsinin oyunları keçiriləcək. Belə olan halda nəyinsə dəyişməsi inandırıcı görünmür. Amma “İnter”ə uğurlar arzu edirəm.

- Yeni bazanın inşası ilə bağlı hansı yeniliklər var?
- Təzə bazanı qurtarırıq. İnandırım sizi, hələ Azərbaycanda belə baza yoxdu. Oranı hələ tikib qurtarmamışıq, amma bir neçə komanda gəlib, orada məşq edir. Ona görə də hesab edirəm ki, yaxşı hazırlıq görmüşük. Amma istəyirik ki, birinci növbədə əsas komandanın uğurları olsun. İstəyəcəyik ki, gələn il uğurlarımız daha çox olsun. Dünyada elə çempionat, kubok yoxdu ki, orada finala çıxan komanda uğursuz hesab olunsun. Hər yerdə yazılıb ki, bu komanda finala çıxıb. “Neftçi” Azərbaycanda yeganə komandadı ki, 5 il ard-arda finala çıxıb. İnanıram ki, 6-cı daha uğurlu olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.