26 may 2016 00:05

Tahir Gözəl: Uğurların davamını Avropada gətirməliyik

"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun finalında "Neftçi"yə qarşı keçirilmiş oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin cavablarla tanış edir:

- Maraqlı oyun oldu. “Neftçi” çox müdafiəyə meyilli, qapalı oyun oynadı. Amma sona qədər həyəcan var idi. Əlbəttə, iki dəfə “qızıl dubl” etmək “Qarabağ” üçün böyük şərəfdi. Avropada da uğurlarımızın davamını gətirməliyik.

- Oyunun bir qapıya gedəcəyini gözləyirdiniz?
- Çox epizodlar oldu. Mən 7 yüzfaizli qol epizodu saydım. Amma “Neftçi” tamamilə müdafiə olundu. Onlar qapalı oynadığından bizim üçün çox çətin oldu. Sanki meydanda divar qurmuşdular. Həmin epizodlardan yaxşı istifadə edə bilmədik. “Neftçi” də çox böyük, güclü komandadı. Onlara qalib gəlmək də həmişə çətindi. “Qarabağ”ı da, “Neftçi”ni də təbrik edirəm.

- Qol əlavə vaxtın son saniyələrində gəldi...
- Artıq penaltilərə hazırlaşırdım. Rəqib qapıçı Aqil Məmmədova əhsən! Həqiqətən də gözəl qurtarışları oldu. Amma biz çox möhtəşəm qol vurduq.

- Hakimliklə bağlı fikirləriniz necədi?
- Normal. Penaltiyə yaxın bir epizod vardı, amma dəqiq görə bilmədim. “Neftçi”də oyunu gecikdirməklə bağlı çox məqamlar oldu. Özlərini yerə atdılar.

- Kuboku Ağdama nə vaxt aparacağınızı dəqiqləşdirmisiniz?
- Hələ yox, amma mütləq gedəcəyik. Komandayla, baş məşqçi ilə danışıb, mütləq gedəcəyik. Arzum odur ki, gedək orada əsgərlərimizi də ruhlandıraq.

- “Qarabağ”ın yayda güclü futbolçular transfer etməsi mümkündür?
- Biz komandaya hər cür dəstək göstərməyə hazırıq. Lakin çox bacarıqlı, üst səviyyəli futbolçunu Azərbaycana dəvət etmək, onları yola gətirmək də asan proses deyil. Amma biz yenə də çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.