25 may 2016 20:00
Rauf Əliyev: İnterlə yeni müqavilə imzalamaq istəyirəm
"İnter"in hücumçusu Rauf Əliyev Azərbaycan Kubokunun finalında üz-üzə gələcək "Qarabağ"la "Neftçi"nin şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kuboku hər iki komanda qazanmaq istəyir, amma bu görüşün favoriti "Qarabağ"dır. Bunu həm heyətə, həm sərgilədikləri oyuna, həm də Premyer Liqadakı nəticələrə görə söyləmək olar. Amma futbolda hər şey mümkündür.
Öz gələcək karyerama gəlincə, "İnter"lə yeni müqavilə imzalamaq istəyirəm. Yeni transferlərimiz var. Komandamızın nə qədər güclü olacağını zaman göstərəcək. Əlbəttə, yeni transferlər olunursa, deməli, komandanı gücləndirmək üçün həyata keçirirlər".
