25 may 2016 19:00

Sumqayıt son mövsümdə: kim, nə qədər oynadı?

Topaz Premyer Liqasında 2015/16 mövsümü başa çatıb. Azerisport.az xəbər verir ki, geridə qalan 36 tur ərzində "Sumqayıt" Futbol Klubu 9 qələbə, 12 heç-heçə və 15 məğlubiyyətə imza atıb. Bu qarşılaşmalarda komanda 41 qol vurub və qapısından 49 top buraxıb.

Qeyd edək ki, "Sumqayıt" FK-nı ilk 7 tur ərzində baş məşqçi Aqil Məmmədov çalışdırıb. 8-ci turdan isə komanda Samir Abasova həvalə edilib.

2015/2016 mövsümündə komandada ümumilikdə 29 futbolçu çıxış edib. 36 tur ərzində "Sumqayıt" FK-da ən çox forma geyinmiş futbolçular - Slavik Alxasov (34 oyun, 3007 dəqiqə), Vurğun Hüseynov (33 oyun, 2954 dəqiqə), Murad Ağayev (33 oyun, 2644 dəqiqə) və Ağabala Ramazanovdur (33 oyun, 2538 dəqiqə).

Premyer Liqanın 2015/2016 mövsümündə "Sumqayıt" FK-da ən çox qol vuran futbolçu isə Amil Yunanovdur. 23 yaşlı futbolçu 26 oyunda (1509 dəqiqə) rəqib qapılarından 12 top keçirib və bombardirlər siyahısında 4-cü pillədə qərarlaşıb.

Mövsüm ərzində ən az oyun keçirmiş futbolçular isə 1999-cu il təvəllüdlü futbolçu İsmayıl babayevdir. Adıçəkilən futbolçu 1 oyunda (45 dəqiqə) meydanda olub.

Slavik Alxasov – 34 oyun (3007 dəqiqə)
Vurğun Hüseynov – 33 oyun (2954)
Murad Ağayev – 33 (2644)
Ağabala Ramazanov – 33 (2538)
Bəxtiyar Həsənalızadə - 30 (2518)
Amil Yunanov – 26 (1509)
Pərdis Fərcad-Azad – 25 (1540)
Cəmil Hacıyev – 24 (1883)
Aleksandr Çertoqanov – 24 (1827)
Uğur Pamuk – 24 (1511)
Amit Quluzadə - 21 (1259)
Emin Mehdiyev – 20 (1450)
Tofiq Mikayılov – 18 (1042)
Vaqif Cavadov – 16 (1235)
Səlahət Ağayev – 15 (1350)
Nicat Muxtarov – 14 (764)
Xəyal Nəcəfov – 14 (538)
Şahrudin Məhəmmədəliyev – 13 (1131)
Nuran Qurbanov – 11 (601)
Rasim Ramaldanov – 9 (706)
Nodar Məmmədov – 9 (636)
Tərlan Əhmədli – 9 (689)
Tural Rzayev – 9 (420)
Mirzağa Hüseynpur – 9 (198)
Ayaz Mehtiyev – 8 (462)
Mikayıl Rəhimov – 6 (460)
Əli Əlimərdanlı – 3 (29)
Elnur Abdulov – 2 (120)
İsmayıl Babayev - 1 (45)

2015/2015 mövsümündə "Sumqayıt" FK-nın vurduğu qolların müəllifləri: Amil Yunanov (12), Ağabala Ramazanov (6), Pərdis Fərcad-Azad (5 / 1), Murad Ağayev (3), Vaqif Cavadov (3), Uğur Pamuk (3), Mikayıl Rəhimov (2), Bəxtiyar Həsənalızadə, Nuran Qurbanov, Mirzağa Hüseynpur, Emin Mehtiyev, Slavik Alxasov.

Buraxılan toplar: Səlahət Ağayev 15 oyun / 17 qol, Şahrudin Məhəmmədəliyev 12 oyun / 18 qol, Tərlan Əhmədli 9 oyun / 14 qol.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.