25 may 2016 18:20

Ansi Aqolli: Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq

Albaniya yığmasının və "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi

- "Qarabağ" "Neftçi" ilə kubokun final matçına hazırdır?
- Əlbəttə, oyuna tam hazırıq. Səbrsizliklə matçın startını gözləyirik.

- Yenə "qızıl dubl"a imza ata biləcəksiniz?
- Çalışacağıq. Meydana qələbə üçün çıxacağıq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi alınacaq. Amma bu uğuru təkrarlamaq elə də asan olmayacaq.

- "Neftçi"nin son dövrlərdə yaxşı oyun sərgiləməsi sizin üçün problem yaratmır?
- "Neftçi" yaxşı komandadır. Gənc və sürətli futbolçuları var. Amma biz də öz oyunumuzu göstərməyə çalışacağıq.

- Əksər futbolçular istirahətə yollanır, amma sizin belə imkanınız yoxdur...
- Qarşıda Fransada keçiriləcək Avropa çempionatı da var. Kubok oyunundan sonra millinin düşərgəsinə yollanmalıyam. Peşəkar futbolçularıq. Uğur qazanmaq istəyiriksə, öz işimizi görməliyik.

- Albaniya yığması AÇ-də debüt etməyə hazırdır?
- Hələ tam hazır olmağımızdan danışmaq tezdir. "Neftçi" ilə oyundan sonra Avstriyaya gedəcəyəm. Fransa səfərimizə də orada hazırlaşacağıq.

- İlk oyununuz İsveçrəyə qarşı olacaq. Qələbə qazana biləcəksiniz?
- AÇ-də çıxış etmək şansı qazanmışıqsa, uğur əldə etmək üçün əlimizdən gələni etməliyik. Öz oyunumuzla AÇ-də oynamağa layiq olduğumuzu göstərmək istəyirik. Qələbə qazanıb, xalqımızı, azarkeşlərimizi sevindirmək istəyirik. Qrupdan çıxmağımız isə lap əla olardı.

- Albaniya yığmasının seçmə mərhələdəki əsas liderlərindən biri olduğunuzu nəzərə alsaq, yəqin ki, AÇ-də də əsas heyətdə olacaqsınız...
- Əlbəttə, AÇ-də də oynamaq istəyirəm. Bunun üçün öz üzərimdə çox çalışıram. Son sözü isə baş məşqçi deyəcək.

- "Qarabağ"da çıxış etdiyinizi nəzərə alsaq, yəqin ki, Azərbaycanda da Albaniya yığmasına azarkeşlik edənlər çox olacaq...
- AÇ-də Albaniyaya azarkeşlik edəcəyini deyən azərbaycanlılarla tez-tez rastlaşıram. Onlar hətta bizim AÇ-yə vəsiqə qazanmağımıza da çox sevinirdilər. Azərbaycanlı fanatlara mənə dəstək olduqları üçün təşəkkürümü bildirirəm. Məhz onların sayəsində burada özümü evimdəki kimi hiss edirəm. Azərbaycanlı azarkeşlərin dəstəyi bizə kömək olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.