25 may 2016 17:40

Tahir Süleymanov: Final matçının Fariz Yusifova tapşırılması düzgün addımdır

Keçmiş FİFA referisi, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov bu gün keçiriləcək ölkə kubokunun final matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, "Qarabağ" - "Neftçi" matçının Fariz Yusifova həvalə olunmasına belə münasibət bildirib:

"Son zamanlar hakimliklə bağlı qalmaqallar səngimir. Topaz Premyer Liqasının son turu çərçivəsində keçirilmiş "Rəvan" - "Xəzər Lənkəran" matçında baş verənlər isə bu narazılıqlara böyük bir nöqtə qoydu. Bizim həmişə istedadlı hakimlərimiz olub. Amma son illərdə onların yolunda əngəllər peyda olmağa başlayıb. Hazırda bu sahədə çox böyük problemlər var. Amma yetirməm olan Fariz Yusifovun işi məni sevindirir. Hakimlər Komitəsi gənc hakimləri final matçına təyin etməkdən qorxduğu üçün bu matçı Fariz Yusifova tapşırdı. Bu, düzgün yanaşmadır. Fikrimcə, bu görüşdə hakim səhvi olmayacaq. Güclü olan qalib gələcək. Fariz bu görüşün öhdəsindən problemsiz gələcək. "Qarabağ" güclüdür, amma "Neftçi" də bu komandaya ciddi müqavimət göstərə bilər. Əks halda Ağdam klubu asan qələbəyə sevinəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.