25 may 2016 16:40

Qəbələdən yeni rekord: 11 liqada 11 medal

"Qəbələ” 2015-2016-cı illər mövsümündə tarixi uğura imza atıb. Azerisport.az xəbər verir ki, klubun 11 komandası çıxış etdiyi liqalarda mükafatçılar sırasına düşüb. Bununla da 11 müxtəlif liqada qüvvəsini sınayan “qırmızı-qaralar”dan heç biri ilk “üçlük”dən kənarda qalmayıb.

Topaz Premyer Liqasında 3-cü olan əsas komanda ardıcıl üçüncü dəfə bürünc mükafatlara sahib çıxıbsa, əvəzedicilər tarixində ilk dəfə çempion tituluna yiyələnib. 2011-2012, 2013-2014 mövsümlərində gümüş, 2009-2010, 2010-2011 mövsümlərində bürünc medalları yaxasından asan əvəzedicilər tarixində 5-ci mükafatını qazanıb. Bununla da 2013-14 mövsümündəki kimi həm əsas, həm əvəzedicilər çempionatı fəxri kürsüdə başa vurub.

Bürünc medalı son turun “Kəpəz”lə səfər oyununda əldə edən Roman Qriqorçukun baş məşqçisi olduğu komanda və finişə 4 tur qalmış çempionluğu bayram edən Ramin Quliyevin yetirmələrinin uğurlarına futbol akademiyasının komandaları da qoşulub.

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən liqalarda yeniyetmə oğlanlardan ibarət komandaların hamısı mükafat qazanıb. Onlardan üçü – UEFA Gənclər Liqasına vəsiqə qazanan U-19, həmçinin U-16 və U-15 2015-2016-cı illər mövsümünün qalibi olub. U-17, U-11 və U-10 gümüş medallara layiq görülüb. Digər 3 komandamız isə bürünc medalla kifayətləniblər. Bunlar U-14, U-13 və U-12-dir.

İndiyədək klub heç vaxt bir mövsümdə 11 liqada mükafat qazanmamışdı. Bunadək rekord 9-a bərabər idi. 2013-2014 mövsümlərində əsas və əvəzedicilər, həmçinin akademiyanın 7 komandası fəxri kürsüyə qalxmağa nail olub. 2014-2015-ci illər mövsümündə isə bu rəqəm 8 olub.

Akademiyanın yetirmələrinə gəlincə, ilk dəfə 2009-2010-cu illər mövsümündə mükafatçılar sırasına düşən “Qəbələ” son 7 mövsümdə 38 dəfə ilk “üçlük”də yer alıb. Komandalarbu müddətdə 17 çempionluq yaşayıb, 15 dəfə 2-ci olub və 6 dəfə bürünc medala yiyələnib. Son 7 mövsümdə cəmi 8 dəfə "Qəbələ"nin komandaları mükafat qazana bilməyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.